...

Kənan Yavuz: Gələcəkdə TANAP-dan digər istehsalçılar da istifadə edə bilərlər

Energetika Materials 5 Dekabr 2013 15:39 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) hələlik TANAP qaz kəməri layihəsində iştirakla bağlı yeni şirkətlərlə danışıqlar aparmır.
Kənan Yavuz: Gələcəkdə TANAP-dan digər istehsalçılar da istifadə edə bilərlər

Türkiyə, İstanbul, 5 dekabr /Trend, xüsusi müxbir A.Axundov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) hələlik TANAP qaz kəməri layihəsində iştirakla bağlı yeni şirkətlərlə danışıqlar aparmır. Trend-in məlumatına görə, bunu cümə axşamı "Socar Turkey Enerji"nin rəhbəri, "Petkim" neft-kimya holdinqinin İdarə Heyətinin üzvü Kənan Yavuz İstanbdula III Xəzər Forumu çərçivəsində keçirilmiş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, layihənin reallaşdırılmasına yatırılacaq ümumi investisiyaların həcmi 8-10 milyard dollar təşkil edəcək: "Boru kəmərinin buraxılış qabiliyyətinin artırılması imkanı önəmlidir, çünki gələcəkdə qaz kəmərindən digər istehsalçılar da istifadə edə bilərlər".

K.Yavuz qeyd edib ki, burada söhbət rəqabətdən gedə bilməz, çünki bazar böyükdür və qaza tələbat yüksəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti