Azərbaycan, Bakı, 11 dekabr/Trend, müxbir E. İsmayılov/
Proqnozlara əsasən, 2014-cü ildə Azərbaycanda elektrik enerjisinin istehsalının həcmi 22 milyard kilovat saat təşkil edəcək. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə energetika nazirinin müavini Natiq Abbasov deyib.
Onun sözlərinə görə, generasiya güclərini tam işə salmaq üçün elektrik enerjisinin istehlakının artımı lazımdır və bu baxımdan Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü də daxil olmaqla, elektrik enerjisinin ixracatı böyük imkanlar yaradacaq.