...

Azərbaycanda neft və qaz hasilatı həcmlərinin artımı proqnozlaşdırılır

Energetika Materials 15 Dekabr 2013 06:00 (UTC +04:00)
2013-cü ilin yekunları üzrə Azərbaycanda neft hasilatının həcmi 44 mln. ton səviyyəsində proqnozlaşdırılır.
Azərbaycanda neft və qaz hasilatı həcmlərinin artımı proqnozlaşdırılır

Azərbaycan, Bakı, 15 dekabr /Trend, müxbir E.İsmayılov/

2013-cü ilin yekunları üzrə Azərbaycanda neft hasilatının həcmi 44 mln. ton səviyyəsində proqnozlaşdırılır. Trend-in məlumatına görə, bu barədə energetika nazirinin müavini Natiq Abbasov bildirib.

O deyib ki, neft hasilatının həcmi 41,06 mln. ton səviyyəsində proqnozlaşdırılmışdı, lakin faktiki olaraq ilin yekunları üzrə istehsalın artacağı gözlənilir.

Habelə, N.Abbasov qeyd edib ki, proqnozlara görə 2014-cü ildə qaz hasilatının həcmi 28 mlrd. kubmetrə çata bilər.

Nazir müavini bu ilin neft hasilatı proqnozlarına toxunarkən bildirib ki, 2013-cü ildə qaz hasilatının həcmi proqnozları 1,5 mlrd. kubmetr ötür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti