...

"SOCAR Turkey": TANAP Orta Asiya qazı üçün açıqdır

Energetika Materials 16 Fevral 2014 16:00 (UTC +04:00)
Trans-Anadolu qaz kəməri (TANAP) layihəsi öz mənbələri hesabına maliyyələşdiriləcək.
"SOCAR Turkey": TANAP Orta Asiya qazı üçün açıqdır

Azərbaycan, Bakı, 16 fevral /Trend, müxbir R.Hafizoğlu/

Trans-Anadolu qaz kəməri (TANAP) layihəsi öz mənbələri hesabına maliyyələşdiriləcək. Trend-in məlumatına görə, bunu "SOCAR Turkey"nin sədr müavini Samir Kərimli HASEN Xəzər Strateji İnstitutunda keçirilmiş konfransda çıxışı zamanı deyib. Bu barədə İnstitutun yaydığı xəbərdə deyilir.

Onun sözlərinə görə, layihənin həyata keçirilməsi üçün 12 milyard dollar həcmində investisiyaya ehtiyac var: "TANAP texnoloji baxımdan dünyanın ən iri layihələrindən biri olacaq".

S.Kərimli qeyd edib ki, TANAP üzrə ilk qazın tədarükü 2018-ci ilə planlaşdırılıb: "Türkiyə Avropada üç ən böyük qaz bazarından biri olacaq".

O bildirib ki, Azərbaycanda böyük qaz ehtiyatları var və TANAP Orta Asiya qazı üçün açıqdır.

Qeyd edək ki, TANAP layihəsi qazın "Şahdəniz" yatağından Türkiyə vasitəsilə Avropaya tədarükünü nəzərdə tutur.

Boru kəmərinin ilkin buraxılış gücünün ildə 16 milyard kubmetr təşkil edəcəyi gözlənilir. BOTAŞ və BP-nin TANAP-da 2014-cü ildə başa çatması gözlənilən iştirak paylarını almasından sonra aşağıdakı şirkətlərin TANAP tərəfdaşları olacağı gözlənilir: ARDNŞ - operator (68%), BOTAŞ (20%) və BP (12%)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti