Azərbaycan, Bakı, 5 mart /Trend/
2014-cü ilin fevral ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 11 310 metr qazma işi həyata keçirib.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, bu sahədə görülmüş işlərin hamısı istismara aid olub.
Ümumiyyətlə, 2014-cü ilin yanvar-fevral aylarında ARDNŞ üzrə (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 21802 metr qazma işi görülüb ki, bunun da 21 734 metri istismara, qalanı isə kəşfiyyata aid olub.