Azərbaycan, Bakı, 27 mart /Trend/
Bakı və Gəncənin bəzi rayonlarında təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, təmir işləri ilə əlaqədar olaraq, 28 mart 2014-cü il tarixdə saat 09:00-dan 18:00-dək Gəncə şəhərinin bir hissəsinə, saat 10:00-dan 18:00-dək Bakının Binəqədi rayonunun bir hissəsinə, saat 10:00-dan 15:00-dək isə Nərimanov rayonuna təbii qazın verilişində fasilələr yaranacaq.