...

"SOCAR Turkey Enerji": Azərbaycan Türkiyənin ən vacib xarici investoruna çevrilir

Energetika Materials 4 Aprel 2014 16:31 (UTC +04:00)
ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Türkiyədə investisiyaları ən iri birbaşa investisiyalardır.
"SOCAR Turkey Enerji": Azərbaycan Türkiyənin ən vacib xarici investoruna çevrilir

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir R.Hafizoğlu/

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Türkiyədə investisiyaları ən iri birbaşa investisiyalardır. Trend-in Türkiyənin "Media73" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə "SOCAR Turkey Enerji"nin rəhbəri Kənan Yavuz bəyan edib.

Onun sözlərinə görə, ARDNŞ-nin birbaşa yatırımları 1923-2003-cü illər ərzində Türkiyə iqtisadiyyatına qoyulan 14,9 milyard dollar həcmində investisiyaları ötüb.

K.Yavuz həmçinin qeyd edib ki, bəzi layihələrin reallaşdırılması nəticəsində ARDNŞ-nin Türkiyə iqtisadiyyatına investisiyalarının 20 milyard dollara çatacağı istisna edilmir: "Azərbaycan energetika və neft-kimya sahələrində layihələr həyata keçirərək Türkiyənin ən vacib xarici investoruna çevrilir".

Qeyd edək ki, "SOCAR Turkey Enerji" Türkiyədə sənaye istehsalı sahəsində ikinci yeri tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti