...

Nazir: Türkiyə su qıtlığı ilə üzləşməyəcək

Energetika Materials 22 Aprel 2014 15:15 (UTC +04:00)
Türkiyədəki su anbarları 50 faiz doldurulub.
Nazir: Türkiyə su qıtlığı ilə üzləşməyəcək

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir R. Hafizoğlu/

Türkiyədəki su anbarları 50 faiz doldurulub. Trend-in çərşənbə axşamı "TRT Haber" telekanalına istinadən verdiyi məlumat görə, bunu Türkiyənin meşə təsərrüfatı və su resursları naziri Veysəl Əroğlu deyib.

Onun sözlərinə görə, ölkəni kəskin su qıtlığı gözləmir, elektrik enerjisinin istehsalı ilə də problem olmayacaq.

Türkiyə Meşə Təsərrüfatı və Su Resursları Nazirliyinin məlumatına görə, ölkədə 313 su anbarı, 203 kiçik göl var. Həmin göllər su anbarları kimi istifadə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti