...

Azərbaycan Rusiyaya qaz ixracını bərpa edib

Energetika Materials 4 İyun 2014 12:16 (UTC +04:00)
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Rusiyaya qaz ixracını bərpa edib.
Azərbaycan Rusiyaya qaz ixracını bərpa edib

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir E.İsmayılov/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Rusiyaya qaz ixracını bərpa edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev bildirib.

R.Abdullayev deyib: "Bu gün Rusiyaya qazın verilişi bərpa edilib və qaz artıq ixrac edilir".

Onun sözlərinə görə, Rusiyaya qazın sutkalıq ixracı 2-2,5 milyon kubmetr təşkil edir. Şimal istiqamətindəki qaz kəmərində təmir və bərpa işləri başa çatıb.

Qaz nəqli 2014-cü ilin yanvarından dayandırılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti