...

Kənan Yavuz: Xəzər regionu enerji resurslarının qlobal tədarük mərkəzidir

Energetika Materials 4 İyun 2014 16:41 (UTC +04:00)
Xəzər regionu enerji resurslarının qlobal tədarük mərkəzidir. Trend-in məlumatına görə, bunu çərşənbə günü "SOCAR Turkey Enerji"nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Türkiyədəki bölməsi) prezidenti Kənan Yavuz Bakıda keçirilən XXI Beynəlxalq Xəzər Neft və Qaz-2014 (Caspian Oil&Gas) konfransında deyib.
Kənan Yavuz: Xəzər regionu enerji resurslarının qlobal tədarük mərkəzidir

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir A.Bədəlova/

Xəzər regionu enerji resurslarının qlobal tədarük mərkəzidir. Trend-in məlumatına görə, bunu çərşənbə günü "SOCAR Turkey Enerji"nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Türkiyədəki bölməsi) prezidenti Kənan Yavuz Bakıda keçirilən XXI Beynəlxalq Xəzər Neft və Qaz-2014 (Caspian Oil&Gas) konfransında deyib.

Onun sözlərinə görə, Xəzər regionu, həmçinin bir çox boru kəməri layihələrinin başlanğıcı üçün yollanma nöqtəsidir: "Dünyanın 25 iri şirkəti Xəzər regionunun neft-qaz layihələrində iştirak edir".

K.Yavuz qeyd edib ki, Türkiyə bu gün regionun iri enerji tranziti mərkəzinə çevrilir: "Türkiyənin dünya bazarlarına ildə 120-dən 200 milyon tonadək neft və 43 milyard kubmetr qaz tranziti üçün potensialı var".

"SOCAR Turkey Enerji"nin rəhbəri bildirib ki, "Cənub Qaz Dəhlizi"nin reallaşdırılması regionda iqtisadi və siyasi sabitliyin bərqərar olmasına, eləcə də Avropaya enerji daşıyıcılarının tədarükünün şaxələndirilməsinə yardım edəcək.

"Cənub Qaz Dəhlizi" Avropaya özünün karbohidrogen tədarükü mənbələrini şaxələndirməyə və enerji təhlükəsizliyini artırmağa, Azərbaycana isə Avropanın simasında yeni bazarlar qazanmağa imkan verəcək layihədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti