...

Neft Fondunun icraçı direktoru MHŞT-nin Beynəlxalq İdarə Heyətinin iclasında iştirak edir

Energetika Materials 2 İyul 2014 16:37 (UTC +04:00)
2014-cü il 1-2 iyul tarixlərində Meksikanın paytaxtı Mexiko şəhərində Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Beynəlxalq İdarə Heyətinin 27-ci iclası keçirilir.
Neft Fondunun icraçı direktoru MHŞT-nin Beynəlxalq İdarə Heyətinin iclasında iştirak edir

Azərbaycan, Bakı, 2 iyul /Trend

2014-cü il 1-2 iyul tarixlərində Meksikanın paytaxtı Mexiko şəhərində Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Beynəlxalq İdarə Heyətinin 27-ci iclası keçirilir.

MHŞT üzrə hökumət Komissiyasının sədri, İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun başçılıq etdiyi nümayəndə heyəti konfransda iştirak edir. Bu barədə Trend Fonddan məlumat verilib.

MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulub. Azərbaycan MHŞT-nin qiymətləndirilməsi prosesindən keçən və MHŞT-nin tamhüquqlu üzvü statusunu alan ilk MHŞT ölkəsidir. MHŞT prinsip və meyarlarına tam cavab verən ölkə olması və MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti