...

ARDNŞ Bolqarıstanın qaz şirkətləri ilə iki sənəd imzalayıb (FOTO)

Energetika Materials 22 Sentyabr 2014 12:26 (UTC +04:00)
ARDNŞ və "Bulqarqaz" şirkəti arasında niyyət protokoluna isə ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev və “Bulqarqaz” şirkəti Direktorlar Şurasının rəhbəri Botyo Velinov imza atıblar.
ARDNŞ Bolqarıstanın qaz şirkətləri ilə iki sənəd imzalayıb (FOTO)

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir Emil İsmayılov/

ARDNŞ-nin Baş ofisində şirkətin prezidenti Rövnəq Abdullayev və "Əsrin müqaviləsi"nin imzalanmasının 20-ci ildönümü münasibəti ilə keçirilən bayram tədbirlərində iştirak etmək üçün Bakıda səfərdə olan "Bulqartransqaz" və "Bulqarqaz" şirkətlərinin rəhbərləri arasında görüş olub.

Trend xəbər verir ki, ARDNŞ-dən verilən məlumata görə görüşdə Rövnəq Abdullayev Azərbaycanla Bolqarıstan arasında dostluq və əməkdaşlıq münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini söyləyib, Bolqarıstan prezidentinin "Əsrin müqaviləsi"nin imzalanmasının 20-ci ildönümünə həsr olunmuş bayram tədbirlərində və "Cənub Qaz Dəhlizi"nin təməlqoyma mərasimində iştirak etməsini bu münasibətlərin parlaq təzahürü kimi qiymətləndirib.

Bakıdakı təntənəli mərasimlərin yüksək səviyyədə təşkil olunduğunu bildirən qonaqlar Azərbaycan təbii qazının Bolqarıstana tezliklə nəql edilməsində maraqlı olduqlarını vurğulayıblar.

Sonra ARDNŞ ilə Bolqarıstanın qaz şirkətləri arasında iki sənəd imzalanıb. ARDNŞ və "Bulqartransqaz" arasında Anlaşma Memarandumu ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev və "Bulqartransqaz" şirkətinin baş direktoru Kiril Temelkov tərəfindən imzalanıb.

ARDNŞ və "Bulqarqaz" şirkəti arasında niyyət protokoluna isə ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev və "Bulqarqaz" şirkəti Direktorlar Şurasının rəhbəri Botyo Velinov imza atıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti