...

"SOCAR Turkey Enerji": Türkiyədə neft emalına tələbat artır

Energetika Materials 25 Sentyabr 2014 08:29 (UTC +04:00)
Türkiyədə neft emalı zavodlarına tələbat artır. Bunu "SOCAR Turkey Enerji"nin (ARDNŞ-nin Türkiyə bölməsi) prezidenti Kənan Yavuz bəyan edib.
"SOCAR Turkey Enerji": Türkiyədə neft emalına tələbat artır

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyədə neft emalı zavodlarına tələbat artır. Bunu "SOCAR Turkey Enerji"nin (ARDNŞ-nin Türkiyə bölməsi) prezidenti Kənan Yavuz bəyan edib. Bu barədə Trend çərşənbə axşamı Türkiyənin "24saat gazetesi"nə istinadən xəbər yayıb.

Onun sözlərinə görə, Türkiyənin ən azı daha bir neft emalı zavoduna ehtiyacı var.

ARDNŞ-nin Türkiyədə NEZ-inin tikintisi layihəsinin ümumi dəyəri 5 milyard dolları ötür. Zavodun 2018-ci ildə istismara verilməsi planlaşdırılır.

ARDNŞ Petkim yarımadasında həyata keçirməkdə olduğu 10 milyard dollar məbləğində STAR neft emalı zavodu üçün 3,29 milyard dollarlıq razılaşma imzalayıb.

Bu gün layihədə pay bölgüsü aşağıdakı kimidir: 60 faiz "Rafineri Holding A.Ş." ("SOCAR Turkey Enerji A.Ş."-nin 100 faizlik sahibliyində) şirkətinə məxsusdur. Şirkət əvvəllər layihədə "Turcas Petrol"-un bütün 18,5 faiz payını satın alıb. 40 faiz isə ARDNŞ-ə məxsusdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti