...

Rövnəq Abdullayev: Bolqarıstan 2020-ci ilədək Azərbaycan qazının qəbul nöqtəsini müəyyənləşdirməlidir

Energetika Materials 11 Oktyabr 2014 14:36 (UTC +04:00)
Bolqarıstan "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində Azərbaycan qazının qəbul nöqtəsini Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi başa çatanadək müəyyənləşdirməlidir.
Rövnəq Abdullayev: Bolqarıstan 2020-ci ilədək Azərbaycan qazının qəbul nöqtəsini müəyyənləşdirməlidir

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir Emil İsmayılov/

Bolqarıstan "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində Azərbaycan qazının qəbul nöqtəsini Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi başa çatanadək müəyyənləşdirməlidir.

Trend-in məlumatına görə, bunu şənbə günü jurnalistlərə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, "Bulgargaz" "Şahdəniz" layihəsi çərçivəsində 1 milyard kubmetr qazın satın alınmasına dair müqavilə imzalayıb və 2019-cu ilin sonunadək Türkiyə və ya İtaliya sərhədində qazın qəbul nöqtəsini müəyyənləşdirməlidir.

Bolqarıstanın qazı əsas tədarüklərin başlamasınadək əldə etmək niyyəti ilə bağlı sualı cavablandıran R.Abdullayev deyib ki, bunun üçün texniki şərait olmalıdır və bu məsələyə baxılmalıdır.

Qeyd edək ki, ARDNŞ və "Bulgargaz" bu ilin sentyabrında Bakıda "Bulgartransgaz" ilə niyyət və anlaşma memorandumu haqqında protokol imzalayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti