Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir Emil İsmayılov/
2014-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda 911,7 min ton avtomobil yanacağı istehsal edilib. Trend-in Dövlət Statistika Komitəsinin 2014-cü ilin 9 ayının yekunu üzrə hesabatına istinadən verdiyi xəbərə görə, bu, keçən ilin analoji dövrünün göstəricisindən 13,3 faiz azdır.
Yanvar-sentyabr aylarında Azərbaycanda təqribən 3,56 milyon ton həcmində neft məhsullarının əsas növləri istehsal edilib. Bu göstərici ötən ilin analoji dövründə 3,82 milyon tondan çox olub.
2013-cü ildə Azərbaycanda təqribən 1,41 milyon ton, 2012-ci ildə isə 1,3 milyon ton civarında avtomobil yanacağı istehsal olunmuşdu. Azərbaycanda ötən il cəmi 5,09 milyon ton həcmində neft məhsullarının əsas növləri istehsal edilmişdi.
Azərbaycanda neft məhsullarının ümumi cədvəli:
|
Neft məhsullarının istehsalı |
2014-cü ilin yanvar-sentyabr ayları (min ton) |
2013-cü ilin yanvar-sentyabr aylarına nisbətdə (faizlə) |
|
Avtomobil benzini |
911,7 |
86,7 |
|
Nafta |
144,8 |
144,5 |
|
Ağ neft |
525,1 |
99 |
|
Dizel yanacağı |
1 746,5 |
93,3 |
|
Sürtkü yağları |
40,5 |
117,4 |
|
Neft bitumu |
189,2 |
80,6 |