...

Avropa Yunanıstanın qaz operatorunun alışında ARDNŞ-dən imtina edə bilər (ƏLAVƏ OLUNUB)

Energetika Materials 6 Noyabr 2014 09:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 noyabr /Trend/

Avropa Komissiyası Yunanıstanın qaz operatoru DESFA şirkətinin bir hissəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ) planlaşdırılan satışının qanuniliyini şübhə altına alıb. Trend xəbər verir ki, bu barədə "Deutsche Welle" agentliyi xəbər yayıb.

Aİ-nin antiinhisar idarəsi çərşənbə günü, noyabrın 5-də məlumat verib ki, hazırlanan sövdələşmə ilə bağlı artıq müvafiq yoxlamalara başlanılıb. Avropalı məmurlar Yunanıstanın qaz bazarında rəqabətin azalacağından ehtiyatlanırlar. İdarə 2015-ci il martın sonlarında qərar çıxarmalıdır.

ARDNŞ 400 milyon avroya DESFA şirkətinin səhmlərinin 2/3-ni almaq niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti