...

Azərbaycanda yeni qaz emalı zavodu 2020-ci ildə işə düşəcək

Energetika Materials 20 Noyabr 2014 11:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir Emil İsmayılov/

Azərbaycanda yeni Neft-qaz emalı və Neft-kimya Kompleksinin (NQNK) yaradılması layihəsi çərçivəsində qaz emalı və neft-kimya zavodları müvafiq olaraq 2020-ci ilin əvvəlində və sonunda istismara veriləcək. Trend xəbər verir ki, bu barədə NQNK-nın Təşkilat və nəzarət şöbəsinin müdiri Orxan Cəfərov cümə axşamı Bakıda "Neft-qaz həftəsi" çərçivəsində keçirilən konfransda bildirib.

Onun sözlərinə görə, qaz emalı zavodu üçün xammal ARDNŞ-nin müstəqil işlədiyi "Azəri-Çıraq-Günəşli", "Ümid" və digər yataqlardan əldə edilən qaz olacaq.

O.Cəfərov deyib ki, neft-kimya zavodunda istehsal olunacaq məhsul ölkənin daxili tələbatının təmin olunmasına, eləcə də ixraca yönəldiləcək.

NQNK Bakıdan 60 kilometr məsafədə yerləşəcək, üç emal müəssisəsindən və istilik elektrik stansiyasından (İES) ibarət olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti