...

Türkiyə enerji qovşağına çevrilir

Energetika Materials 11 Dekabr 2014 20:19 (UTC +04:00)
Azərbaycan və Türkiyənin hazırda həyata keçirdiyi birgə layihələr ölkələr arasında strateji tərəfdaşlığa xidmət edəcək.

Azərbaycan, Bakı, 11 dekabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Azərbaycan və Türkiyənin hazırda həyata keçirdiyi birgə layihələr ölkələr arasında strateji tərəfdaşlığa xidmət edəcək. Trend-in "Tarsushaber" qəzetinə istinadən verdiyi məlumata görə, bunu "SOCAR Turkey Enerji"nin (ARDNŞ-nin Türkiyə bölməsi) prezidenti Kənan Yavuz deyib.

Onun sözlərinə görə, belə layihələrdən biri Transanadolu qaz kəməridir (TANAP).

Rusiya ilə yeni qaz kəmərinin tikintisinə dair danışıqlara gəlincə, K.Yavuz qeyd edib ki, bu danışıqlar Türkiyənin enerji qovşağına çevrildiyini təsdiq edir.

Qeyd edək ki, daha əvvəl "Qazprom" və BOTAŞ şirkətləri arasında 63 milyard kubmetr gücündə qaz kəmərinin tikintisinə dair anlaşma memorandumu imzalanıb. Bu qazın 14 milyard kubmetrini Ankara alacaq, yerdə qalan həcm isə Türkiyə və Yunanıstan sərhədinə çatdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti