...

Sumqayıtda neft məhsulları ilə çirklənmiş 2 ha ərazi təmizlənəcək

Energetika Materials 11 Fevral 2015 19:29 (UTC +04:00)
“Azərikimya” İstehsalat Birliyində “Çirklənmə və Sağlamlıq” Qlobal Alyansının (“Global Alliance on Health and Pollution” GAHP) üzvü, ekoloji çirklənmə problemləri, xüsusi təhlükə törədən çirklənmə mənbələrinin monitorinqinin keçirilməsi, inventarlaşdırılması və təmizlənməsi ilə məşğul olan "Blacksmith" İnstitutunun nümayəndələri ilə görüş keçirilib.
Sumqayıtda neft məhsulları ilə çirklənmiş 2 ha ərazi təmizlənəcək

Azərbaycan, Bakı, 11 fevral /Trend/

ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyində "Çirklənmə və Sağlamlıq" Qlobal Alyansının ("Global Alliance on Health and Pollution" GAHP) üzvü, ekoloji çirklənmə problemləri, xüsusi təhlükə törədən çirklənmə mənbələrinin monitorinqinin keçirilməsi, inventarlaşdırılması və təmizlənməsi ilə məşğul olan "Blacksmith" İnstitutunun nümayəndələri ilə görüş keçirilib.

Trend ARDNŞ-nin saytına istinadən məlumat verir ki, "Blacksmith" İnstitutunun eksperti xanım Barbara Consun, regional direktor Pyotr Şarolun və institutun Bakı ofisinin rəhbəri, coğrafiya elmləri doktoru, professor Rövşən Abbasovun iştirak etdiyi görüşdə "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev qonaqlara Birlik tərəfindən həyata keçirilən ekoloyi layihər haqqında məlumat verib, bu istiqamətdə münasibətlərin Sumqayıt şəhərinin ekoloji mühitinin sağlamlaşdırılması baxımından faydalı olacağını vurğulayıb.

Görüşdə qeyd olunub ki, "Blacksmith" İnstitutunun da daxil olduğu GAHP 2012-ci ildən Azərbaycanda "İnsan orqanizmi üçün potensial təsirə malik toksiki çirklənmiş ərazilərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi Proqramı" pilot layihəsi çərçivəsində fəaliyyət göstərir və "Azərikimya" İB ilə də əməkdalığa böyük önəm verilir.

Görüş çərçivəsində GAHP ilə "Azərikimya" İB arasında anlaşma memorandumu imzalanıb. Memorandumun şərtlərinə əsasən Alyans 5 ay ərzində "Azərikimya" İB ilə birgə keçmiş "Üzvi-Sintez" zavodunun Suötürmə məntəqəsinin neft və neft məhsulları ilə çirklənmiş 2 ha ərazinin təmizlənməsi, ərazidən tullantıların Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Təhlükəli Tullantılar" poliqonuna daşınması, təmizlənmiş ərazidə abadlıq işlərinin görülməsi və yaşıllıqların salınması işlərini həyata keçirəcək. Artıq ETSN-nin "Təhlükəli Tullantılar" poliqonu ilə Alyans arasında müqaviə imzalanıb və ərazidə işlərə start verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti