...

Azərbaycan benzin istehsalını azaldıb

Energetika Materials 22 Fevral 2015 15:52 (UTC +04:00)
2015-cü ilin yanvar ayında Azərbaycanda təqribən 112,5 min ton avtomobil benzini istehsal olunub ki, bu da 2014-cü ilin analoji dövründəkindən 5,7 faiz azdır.
Azərbaycan benzin istehsalını azaldıb

Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir Maksim Tsurkov/

2015-cü ilin yanvar ayında Azərbaycanda təqribən 112,5 min ton avtomobil benzini istehsal olunub ki, bu da 2014-cü ilin analoji dövründəkindən 5,7 faiz azdır. Trend xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yanvar ayının yekunları üzrə hesabatında deyilir.

Hazırda Azərbaycanda yanacağa olan tələbatın artması ilə əlaqədar ölkədə neft məhsullarının yeganə istehsalçısı olan ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) mövcud emal zavodlarının modernləşdirilməsi üzrə işlər görür.

Ümumilikdə bu ilin yanvarında Azərbaycanda 447 min tondan çox neft məhsulları istehsal olunub. 2014-cü ilin analoji dövründə bu rəqəm 404,4 min ton olub.

Azərbaycanda neft məhsullarının istehsalının ümumi cədvəli:

Neft məhsullarının istehsalı

2015-cü ilin yanvarında (tonla)

2014-cü ilin yanvarına nisbətdə (faizlə)

Avtomobil benzini

112,5

94,3

Nafta

4,2

150

Kerosin

57,8

94,9

Dizel yanacağı

260

130,9

Sürtgü yağı

1,1

22

Neft bitumu

11,6

64,4

Məqalədə:
Xəbər lenti

Xəbər lenti