...

Şirkətlərin 10 faizi "Caspian Oil & Gas" sərgisində ilk dəfə iştirak edəcək

Energetika Materials 1 İyun 2015 14:22 (UTC +04:00)
22-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi (Caspian Oil & Gas 2015) və 5-ci Yubiley Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji Sərgisinin (Caspian Power 2015) iştirakçı şirkətlərinin 10 faizi ilk dəfə adıçəkilən sərgilərə qatılacaq.
Şirkətlərin 10 faizi "Caspian Oil & Gas" sərgisində ilk dəfə iştirak edəcək

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir Maksim Tsurkov/

22-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi (Caspian Oil & Gas 2015) və 5-ci Yubiley Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji Sərgisinin (Caspian Power 2015) iştirakçı şirkətlərinin 10 faizi ilk dəfə adı çəkilən sərgilərə qatılacaq.

Trend-in məlumatına görə, bunu "ITE Group" şirkətinin icraçı direktoru Edvard Stroon iyunun 2-də Bakıda açılacaq sərgilərə həsr edilmiş mətbuat konfransında deyib.

Onun sözlərinə əsasən, bu il sərgidə 27 ölkədən 315 şirkət iştirak edəcək: "Bununla belə, iştirakçıların 30 faizi azərbaycanlı şirkətlərdir, 10 faizi isə ilk dəfə iştirak edir. Yeddi milli stend təqdim ediləcək: Almaniya, Türkiyə, Rusiya, Çin, Böyük Britaniya, İtaliya və Çexiya".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti