...

İraqın neft naziri: “Azərbaycan qlobal enerji oyunçusuna çevrilir”

Energetika Materials 2 İyun 2015 12:34 (UTC +04:00)
Azərbaycan qlobal enerji oyunçusuna çevrilir.
İraqın neft naziri: “Azərbaycan qlobal enerji oyunçusuna çevrilir”

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir Maksim Tsurkov/

Azərbaycan qlobal enerji oyunçusuna çevrilir. Trend-in məlumatına əsasən, bunu Bakıda keçirilən 22-ci Beynəlxalq Xəzər Neft və Qaz - Caspian Oil & Gas 2015 və 5-ci Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji - Caspian Power 2015 sərgilərində İraqın neft naziri Adil Əbdülmehdi deyib.

A.Əbdülmehdi qeyd edib ki, Bakıda olduğu müddət ərzində Azərbaycanın nəinki neft və qaz, eləcə də müasirləşmə və investisiya sahələrindəki uğurlarına şahid olub. Nazir həmçinin İraqın SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib: "Ölkələrimizin rifahı naminə SOCAR ilə iş birliyini səbirsizliklə gözləyirik".

Onun sözlərinə görə, İraqın neft-qaz sahəsində böyük potensialı var, xüsusilə, ölkə ötən ay sutkada 3,5 milyon bareldən çox neft ixrac edib və hazırda neft hasilatı sutkada 4 milyon barel səviyyəsindədir. A.Əbdülmehdi bildirib ki, xarici şirkətlərin İraqda fəaliyyəti ölkənin sabit, investisiyaların dayanıqlı olmasını sübut edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti