...

Parlament seçkilərinin nəticələri Azərbaycanın Türkiyədəki layihələrinə təsir edəcək?

Energetika Materials 9 İyun 2015 14:18 (UTC +04:00)
Keçirilmiş parlament seçkilərinin nəticələri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki layihələrinə təsir etməyəcək.
Parlament seçkilərinin nəticələri Azərbaycanın Türkiyədəki layihələrinə təsir edəcək?

Azərbaycan, Bakı, 9 iyun /Trend, müxbir Rufiz Hafizoğlu/

Keçirilmiş parlament seçkilərinin nəticələri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki layihələrinə təsir etməyəcək. Bunu Trend-ə müsahibəsində "SOCAR Turkey Enerji"nin rəhbəri, "Petkim" neft-kimya holdinqinin İdarə heyətinin üzvü Kənan Yavuz deyib.

O bildirib ki, parlament seçkilərinin nəticələrinin SOCAR-ın Türkiyədəki layihələrinə təsir etməsindən söhbət gedə bilməz: "SOCAR Türkiyədəki demokratik dəyərlərə inanır və şirkətin bütün layihələri hazırda yubanmadan reallaşdırılır".

K.Yavuz qeyd edib ki, deyilənlər Azərbaycan və Türkiyənin birgə reallaşdırdığı Transanadolu qaz kəmərinin (TANAP) tikinti layihəsinə də aiddir: "Türkiyədə siyasi və iqtisadi sabitlik gələcəkdə də qorunacaq. Türkiyə demokratik ölkədir və koalisiya hökuməti dövlətin idarəçiliyinə təsir edə bilməz".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti