...

Bu quyudan hər gün 74 ton neft və 16 min kubmetr qaz hasil olunacaq

Energetika Materials 6 İyul 2015 19:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 iyul /Trend/

Bu günlərdə "Günəşli" yatağındakı 10 nömrəli dərin dəniz özülündən 43 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, Quyu Fasilə Lay Dəstəsindən fontan üsulu ilə məhsul verib, 2909-2888 metr intervaldan gündəlik 74 ton neft və 16 min kubmetr qaz hasilatı ilə istismara daxil edilib.

Quyuda istismar işləri "28 May" NQÇİ tərəfindən həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti