Azərbaycan, Bakı, 4 avqust /Trend, müxbir Azad Həsənli/
2016-cı il avqustun 28-31-də Bakıda Beynəlxalq Enerji İqtisadiyyatı Birliyinin (IAEE) I Avrasiya konfransı keçiriləcək.
Trend-in Azərbaycan Energetika Nazirliyinə istinadən verdiyi məlumata əsasən, bu barədə Bakıda Azərbaycan energetika nazirinin müavini Natiq Abbasovla görüşü zamanı Birliyin prezidenti Gürkan Kumbaroğlu deyib.
Məlumatda bildirilib ki, konfransın proqramı Energetika Nazirliyi, İqtisadiyyat və Sənaye Naziriyi, həmçinin Azərbaycanın ADA Universiteti ilə birgə hazırlanıb və razılaşdırılıb.
Konfrans zamanı Avrasiyanın enerji siyasəti, təchizatı və bu sahədəki mövcud vəziyyətin müzakirə ediləcəyi planlaşdırılır.
G20 sammitindən əvvəl, noyabrın 14-də Antalyada Azərbaycan, Rusiya və Türkiyənin energetika nazirlərinin iştirakı ilə görüşün planlaşdırıldığı da diqqətə çatdırılıb.