Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyədə "Star" neft emalı zavodu (NEZ) üçün dəniz estakadalarının tikintisi işlərinə başlanılıb.
Trend xəbər verir ki, bu barədə "SOCAR Turkey Enerji" şirkətinin rəhbəri, "Petkim" neft-kimya holdinqinin İdarə Heyətinin üzvü Kənan Yavuz özünün Twitter səhifəsində məlumat verib.
K.Yavuz körpünün 2017-ci il may ayında başa çatacağını yazır.
O, həmçinin "Star" NEZ-in inşasında Türkiyə şirkətlərinin iştirak etməsinin əhəmiyyətini qeyd edir: ""Star" NEZ-in tikinti işlərinin iştirakçılarının sayı tezliklə 10 min nəfərə çatacaq".