...

“SOCAR Turkey Enerji” TANAP qaz boru kəmərində pay əldə edir (ƏLAVƏ OLUNUB)

Energetika Materials 27 Avqust 2015 14:15 (UTC +04:00)
“SOCAR Turkey Enerji” şirkəti TANAP qaz boru kəmərinin səhmlərinin 7 faizini əldə etmək niyyətindədir.
“SOCAR Turkey Enerji” TANAP qaz boru kəmərində pay əldə edir (ƏLAVƏ OLUNUB)

Türkiyə, İstanbul, 27 avqust /Trend, müxbir Seymur Əliyev/

"SOCAR Turkey Enerji" şirkəti TANAP qaz boru kəmərinin səhmlərinin 7 faizini əldə etmək niyyətindədir.

Trend-in xüsusi müxbirinin verdiyi məlumata əsasən, bu barədə jurnalistlərə "SOCAR Turkey Enerji"nin prezidenti Kənan Yavuz deyib.

Qeyd edək ki, TANAP layihəsi Azərbaycanın "Şahdəniz" yatağından çıxarılan qazın Gürcüstan - Türkiyə sərhəddindən Türkiyənin qərb sərhədlərinədək nəqlini nəzərdə tutur.

TANAP boru kəmərinin ilkin buraxılış qabiliyyəti ildə 16 milyard kubmetr təşkil edəcək.

"SOCAR Turkey Enerji" planlaşdırılan 7 faizi SOCAR şirkətindən ala bilər.

Xatırladaq ki, SOCAR hazırda 58 faiz paya sahibdir. Ümumilikdə TANAP layihəsi 10 milyard dollar məbləğində qiymətləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti