...

2018-ci ildə "SOCAR Turkey Enerji"nin konsolidasiya edilmiş dövriyyəsi 15 milyard dollara çatacaq

Energetika Materials 31 Avqust 2015 14:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 avqust /Trend, müxbir Maksim Tsurkov/

2018-ci ildə "SOCAR Turkey Enerji" şirkətinin konsolidasiya edilmiş dövriyyəsi 15 milyard dollara çatacaq. Trend-in məlumatına görə, bunu jurnalistlərə şirkətin rəhbəri Kənan Yavuz deyib.

Onun sözlərinə əsasən, "SOCAR Turkey Enerji" 2018-ci ildə 5 min əməkdaşı və 3 milyard dollarlıq ixrac potensialı ilə Türkiyənin həcminə görə ikinci sənaye şirkəti olacaq, 2023-cü ilə isə ölkənin ən iri sənaye şirkəti olmaq hədəfini qoyub.

K.Yavuz bildirib ki, bu günədək Petkim adasında "Value-Site" layihəsi çərçivəsində SOCAR-ın Türkiyə iqtisadiyyatına qoyduğu investisiyalar 10 milyard dolları ötüb: "TANAP layihəsinə investisiyalar daxil olmaqla 2008-2018-ci illər ərzində SOCAR-ın Türkiyəyə investisiyaları 20 milyard dolları keçəcək. Bununla da, SOCAR Türkiyə iqtisadiyyatının ən iri investorudur. SOCAR-ın Türkiyədə ümumi investisiya portfeli 20 milyard dollar təşkil edir".

K.Yavuz qeyd edib ki, "Goldman Sachs"ın "SOCAR Turkey Enerji"də 13 faizlik payının satışı hesabına şirkət 2,04 milyard dollara pay əldə etdiyi "Petkim"in özəlləşdirilməsi zamanı yaranmış 900 milyon dollar həcmində borcunu ödəyib: "Razılaşmaya əsasən, "Goldman Sachs" 2021-ci ildə şirkətdəki 13 faizlik payını və "Petkim"də 300 milyon dollara alınmış payını birjada satacaq. SOCAR-ın bu payının alışı qiymətdən asılı olacaq. Ümumilikdə, "Petkim"də bütün payların alışına 2,2 milyard dollar xərclənib (51 faizlik paya 2,04 milyard, 10 faizlik paya isə 168 milyon)".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti