...

SOCAR qazma işlərini azaldıb

Energetika Materials 5 Oktyabr 2015 16:21 (UTC +04:00)
2015-ci ilin sentyabr ayı ərzində SOCAR tərəfindən (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 8288 metr qazma işi həyata keçirilib.
SOCAR qazma işlərini azaldıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir Maksim Tsurkov/

2015-ci ilin sentyabr ayı ərzində SOCAR tərəfindən (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 8288 metr qazma işi həyata keçirilib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, bu sahədə görülmüş işlərin hamısı istismara aid olub.

Ümumiyyətlə, 2015-ci ilin yanvar-sentyabr aylarında SOCAR üzrə (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 80 548 metr (ötən ilin analoji dövründə 98 737 metr) qazma işi görülüb ki, bunun da 79 548 metri istismara, qalanı isə kəşfiyyata aid olub.

Qeyd edək ki, avqust ayı ərzində qazmadan alınmış 10, ilin əvvəlindən isə 55 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti