...

Sabah 7 rayonda qaz olmayacaq

Energetika Materials 27 Oktyabr 2015 17:53 (UTC +04:00)
Abşeron, Hacıqabul, Siyəzən, Ağdaş və Qazax magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.
Sabah 7 rayonda qaz olmayacaq

Azərbaycan, Bakı, 27 oktyabr /Trend/

Abşeron, Hacıqabul, Siyəzən, Ağdaş və Qazax magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, oktyabrın 28-də saat 10:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Yeni Binə", "Binə" və "Qala", Hacıqabul magistral qaz kəmərləri sahəsinin "Mədrəsə" və "Qarasu", Siyəzən magistral qaz kəmərləri sahəsinin "Hacılı" və "Taxtalar", Ağdaş magistral qaz kəmərləri sahəsinin "Dəliməmmədli", həmçinin Qazax magistral qaz kəmərləri sahəsinin "Əskipara" qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində Hacıqabul rayonunun Abdulabad, Şamaxı rayonunun Mədrəsə, Kərkənc, Mirikənd və Hacılı, Qobustan rayonunun Xılmilli, Goranboy rayonunun Dəliməmmədli, Qazax rayonunun N.Nərimanov, Çaylı, Dəmirçilər, Məzəm, Quşçu Ayrım, Alpout və Abbasbəyli kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin Bakı şəhəri Xəzər rayonunun Binə və Qala kəndlərinin, eyni zamanda Şabran rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti