Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir Maksim Tsurkov/
SOCAR bu ilin sonunadək Türkiyədə kogenerasiya qurğusunun (Petkojen) tikinti layihəsi çərçivəsində bütün tender prosedurlarını başa çatdıracaq.
Trend-in məlumatına görə, bunu jurnalistlərə SOCAR-ın Sərmayələr İdarəsinin rəsi müavini Zaur Qəhrəmanov deyib.
Z.Qəhrəmanovun sözlərinə görə, 2016-cı ildə obyektin tikintisinə başlamağı ümid edirik: "Tikinti işləri təqribən 2 il vaxt aparacaq. Qurğunun istismara verilməsi təkcə "Petkim" neft-kimya kompleksini və STAR NEZ-in elektrik enerjisi ilə təmin etməyəcək. Həm də elektrik enerjisinin bir qismini İzmir əhalisinə satmağa imkan verəcək".