...

Azərbaycan Türkiyəyə qaz tədarükləri üzrə öhdəliklərini tam yerinə yetirir

Energetika Materials 17 Noyabr 2015 18:14 (UTC +04:00)
Azərbaycan tərəfi Türkiyəyə qaz tədarükləri üzrə bütün öhdəliklərini tam yerinə yetirir.
Azərbaycan Türkiyəyə qaz tədarükləri üzrə öhdəliklərini tam yerinə yetirir

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycan tərəfi Türkiyəyə qaz tədarükləri üzrə bütün öhdəliklərini tam yerinə yetirir. Bunu Trend-ə energetika nazirinin müavini Natiq Abbasov deyib.

Onun sözlərinə görə, bəzi Rusiya KİV-lərinin guya Azərbaycanın Türkiyəyə qaz tədarüklərini lazımi səviyyədə həyata keçirmədiyinə dair yaydığı məlumatlar həqiqətəuyğun deyil.

N.Abbasov qeyd edib: "Azərbaycan Türkiyə və Gürcüstan qarşısında qaz tədarükləri üzrə öhdəliklərini tam yerinə yetirir və idxalçılarla bu məsələ üzrə heç bir fikirayrılığımız yoxdur. Tədarüklərin şərtlərinin dəyişdirilməsi məsələsi üzrə bizə heç bir tərəf müraciət etməyib. Bundan başqa, Azərbaycan "Şahdəniz 2"-dən qaz tədarükü üzrə 8 ölkədən olan 9 şirkətlə 25 il müddətinə müqavilə bağlayıb. Lakin bu o demək deyil ki, ölkənin digər müqavilələr üzrə öhdəlikləri yerinə yetirmək üçün resursları çatmayacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti