...

MHŞT üzrə çoxtərəfli qrupun növbəti iclası keçirilib

Energetika Materials 26 Yanvar 2016 17:42 (UTC +04:00)
2016-cı il yanvarın 26-da Azərbaycan Respublikası Dövlət Neft Fondunda (SOFAZ) Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair çoxtərəfli qrupun növbəti iclası keçirilib.
MHŞT üzrə çoxtərəfli qrupun növbəti iclası keçirilib

Bakı. Maksim Tsurkov - Trend:

2016-cı il yanvarın 26-da Azərbaycan Respublikası Dövlət Neft Fondunda (SOFAZ) Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair çoxtərəfli qrupun növbəti iclası keçirilib.

SOFAZ-dan Trend-ə verilən məlumata görə, iclas iştirakçıları qrupun 2016-cı il üzrə iş planı layihəsini və 2014-cü il üzrə MHŞT hesabatının yekun layihəsini müzakirə edərək təsdiqləyiblər.

İclas zamanı, həmçinin Azərbaycanın MHŞT-nin tamhüquqlu üzvü statusunun bərpa edilməsi üçün nəzərdə tutulan islahedici tədbirlər və fəaliyyət planının icra vəziyyəti ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulub. MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti