Bakı. Trend:
2016-cı ilin yanvar ayı ərzində SOCAR tərəfindən (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 9809 metr (2015-ci ilin yanvarında 7,17 min metr) qazma işi həyata keçirilib.
Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, bu sahədə görülmüş işlərin hamısı istismara aid olub.
Qeyd edək ki, yanvar ayı ərzində qazmadan alınmış 1 quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.