Bakı. Maksim Tsurkov - Trend:
Xəzərin Azərbaycan sektorunda Abşeron yarımadası akvatoriyasının dayazsulu hissəsində 3D seysmik tədqiqatların yekunları üzrə müsbət nəticələr əldə edilərsə, BP şirkəti qazma işləri aparmaq üçün 4-ə qədər sahə seçə bilər.
Trend-in məlumatına görə, bunu jurnalistlərə "BP Azerbaijan" şirkətinin geoloji kəşfiyyat və qiymətləndirmə üzrə vitse-prezidenti Qreq Rayli deyib.
Onun sözlərinə görə, müqavilə sahəsi bir neçə zonaya bölünüb, həmin zonalarda seysmik tədqiqatlar aparılacaq: "Müsbət və maraqlı nəticələr alsaq, SOCAR-dan olan tərəfdaşlarımızla birlikdə hər birində qazma işləri aparmaq üçün dördə qədər sahə seçə biləcəyik. Əgər maraqlı sahələr çox olarsa, qazma üçün seçilməyənlər SOCAR-a təhvil veriləcək".