...

Azərbaycan neft hasilatını dondurmağı planlaşdırmır (ƏLAVƏ OLUNUB)

Energetika Materials 16 Fevral 2016 17:02 (UTC +04:00)
Buna görə də Azərbaycanda hasilatın dondurulması lazımi effekt verməcəyək.
Azərbaycan neft hasilatını dondurmağı planlaşdırmır (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 16:20-də yayılıb)

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycan neft hasilatı həcmini dondurmağı planlaşdırmır. Bunu Trend-ə energetika nazirinin müavini Natiq Abbasov deyib.

Onun sözlərinə görə, ümumdünya neft hasilatında Azərbaycanın payı cüzidir və bu, qiymətin formalaşmasına təsir etmir. Buna görə də Azərbaycanda hasilatın dondurulması lazımi effekt verməcəyək.

Qeyd edək ki, daha əvvəl Rusiya, Səudiyyə Ərəbistanı və Venesuela Dohada keçirilmiş danışıqların yekunu üzrə məlumat veriblər ki, neft hasilatını yanvardakı səviyyədə dondurmağa hazırdırlar. Bunun üçün digər istehsalçılar da bu təşəbbüsə qoşulmalıdırlar.

Xatırladaq ki, 2015-ci ildə Azərbaycan sutkada təqribən 0,8 milyon barel neft hasil edib. Dünya ixrac hasilatı isə sutkada 95,71 milyon barel təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti