Bakı. Trend:
2016-cı ilin fevral ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 7044 metr qazma işi həyata keçirilib. Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, ümumiyyətlə, 2016-cı ilin yanvar-fevral aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 16853 metr qazma işi görülüb. Qeyd edək ki, il ərzində SOCAR üzrə həyata keçirilmiş qazma işlərin hamısı istismara aid olub.
Bundan əlavə, fevral ayı ərzində qazmadan alınmış 4, ilin əvvəlindən isə 5 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.