Bakı. Trend:
2016-cı ilin aprel ayı ərzində SOCAR tərəfindən (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 5631 metr qazma işi həyata keçirilib.
Trend Şirkətin saytına istinadən məlumat verir ki, ümumiyyətlə, 2016-cı ilin yanvar-aprel aylarında SOCAR üzrə (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 32 040 metr (ötən ilin müvafiq dövründə 33,14 min metr) qazma işi görülüb.
Qeyd edək ki, il ərzində SOCAR üzrə həyata keçirilmiş qazma işləri istismara aid olub.
Bundan əlavə, aprel ayı ərzində qazmadan alınmış 4, ilin əvvəlindən isə 14 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.