...

BP: Azərbaycanda qaz hasilatı artıb

Energetika Materials 12 İyun 2016 11:05 (UTC +04:00)
2015-ci ildə Azərbaycanda qaz hasilatı 18,2 milyard kubmetr təşkil edib.
BP: Azərbaycanda qaz hasilatı artıb

Bakı. Aygün Bədəlova - Trend:

2015-ci ildə Azərbaycanda qaz hasilatı 18,2 milyard kubmetr təşkil edib ki, bu da 2014-cü ildəki hasilat həcmindən 3,4 faiz çoxdur.

Trend-in məlumatına görə, bu barədə BP-nin dünya energetikası üzrə illik statistik icmalında deyilir.

BP-nin hesablamalarına görə, cari ilin əvvəlinə Azərbaycanda təsdiq edilmiş qaz ehtiyatları 1,1 trilyon kubmetr olub ki, bu da dünya üzrə təsdiq edilmiş qaz ehtiyatlarının 0,6 faizini təşkil edir.

Ölkədə qaz istehlakı 2015-ci ildə 9,8 milyard kubmetr təşkil edib ki, bu da 2014-cü ildəkindən 4,1 faiz çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti