...

Milli Məclis yeni neft müqaviləsini ratifikasiya etdi

Energetika Materials 14 İyun 2016 15:27 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev, Maksim Tsurkov - Trend:

Milli Məclis bu gün Azərbaycanda "Muradxanlı", "Cəfərli" və "Zərdab" neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında müqaviləni ratifikasiya edib.

Trend-in məlumatına görə, müqavilə SOCAR və "Zenith Aran Oil Company Limited" arasında imzalanıb.

Sazişə əsasən, "Zenith"in birgə əməliyyat şirkətində payı 80 faiz təşkil edir, SOCAR-a isə 20 faiz məxsusdur.

Sazişin qüvvədə olma müddəti 25 ildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti