Bakı. Maksim Tsurkov - Trend:
BP şirkətinin başçılıq etdiyi konsorsium 2016-cı ilin I yarısında Azərbaycanın "Şahdəniz" iri qaz yatağından 5,4 milyard kubmetr qaz hasil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 3,8 faiz çoxdur.
Trend-in məlumatına görə, bu barədə "Natural Gas Europe" yüksək vəzifəli mənbəyə istinadən xəbər verir.
Onun sözlərinə görə, Azərbaycan bu ilin ilk 6 ayında 9,36 milyard kubmetr kommersiya qazı hasil edib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 8,8 faiz azdır.