...

SOCAR "Abşeron" yatağından ilk qazın alınma tarixini açıqlayıb (YENİLƏNİB)

Energetika Materials 29 Avqust 2016 12:03 (UTC +04:00)
"Abşeron" qaz-kondensat yatağından ilk qazın 2019-cu ildə hasil edilməsi planlaşdırılır.
SOCAR  "Abşeron" yatağından ilk qazın alınma tarixini açıqlayıb   (YENİLƏNİB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 12:03-də yayılıb)

Bakı. Azad Həsənli - Trend:

"Abşeron" qaz-kondensat yatağından ilk qazın 2019-cu ildə hasil edilməsi planlaşdırılır.

Trend-in məlumatına görə, bunu SOCAR-ın I vitse-prezidenti Xoşbəxt Yusifzadə Bakıda keçirilən Enerji İqtisadiyyatları üzrə Beynəlxalq Assosiasiyasının I Avrasiya konfransında deyib.

Onun sözlərinə görə, ilkin hesablamalara əsasən yatağın ehtiyatları 350 milyard kubmetr qaz və 45 milyon ton kondensat həcmində qiymətləndirilir. X.Yusifzadə qeyd edib ki, hazırda PSA müqaviləsinə əsasən, podratçı yatağın işlənməsi planını hazırlayır.

X.Yusifzadə qeyd edib ki, "Abşeron" və "Ümid" kimi iri qaz-kondensat yataqlarının aşkarlanması Xəzərin Azərbaycan sektorunda yeni neft-qaz yataqlarının üzə çıxarılması ehtimalını artırıb: "İlkin hesablamalara görə, "Ümid" yatağının ehtiyatları 200 milyard kubmetr qaz və 40 milyon ton kondensat təşkil edir. Hazırda bu yataqda iki quyu işə salınıb, artıq həmin quyulardan 1 milyard kubmetrdən çox qaz hasil edilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti