...

3 rayonda qaz olmayacaq

Energetika Materials 13 Oktyabr 2016 17:46 (UTC +04:00)
Abşeron, Ağdaş və Astara magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq
3 rayonda qaz olmayacaq

Bakı. Trend:

Oktyabrın 14-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin “Novxanı” və “Mehdiabad”, Ağdaş Magistral qaz kəmərləri sahəsinin “Yevlax-1”, Astara Magistral qaz kəmərləri sahəsinin “Yardımlı” və “Əngəvül” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, təmir müddətində Abşeron rayonunun Novxanı və Mehdiabad qəsəbələrinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Yardımlı rayonunun və Yevlax şəhərinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti