Bakı. Səba Ağayeva - Trend:
Azərbaycan və İtaliyanın Transadriatik qaz boru kəmərinin (TAP) həyata keçirilməsi üzrə üzərilərinə götürdükləri öhdəliklər ikitərəfli əməkdaşlığı genişləndirir.
Trend-in məlumatına görə, bunu Bakıda İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Paolo Centiloni deyib.
P.Centiloni qeyd edib: "Əməkdaşlığımız bir çox sahələri - ticarət, aqrar və energetika sektorlarını əhatə edir. İtaliya Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının inkişafına töhfə verə bilər".
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov layihənin reallaşdırılmasının qrafik üzrə getdiyini vurğulayıb: "Bir sıra ləngimələr oldu, lakin ümid edirəm ki, onlar aradan qaldırılacaq".
E.Məmmədyarov əmin olduğunu bildirib ki, tezliklə Avropa İttifaqı ilə strateji tərəfdaşlıq haqqında sazişin imzalanması məsələsinin müzakirəsinə başlanacaq:
"Biz inanırıq ki, bu ay Aİ müvafiq mandatı təsdiq edəcək və strateji əməkdaşlıq üzrə məsələnin müzakirəsinə başlayacağıq".