Bakı. Maksim Tsurkov - Trend:
2016-cı ildə Azərbaycanda elektrik stansiyaları 23,07 milyard kilovatt/saat elektrik enerjisi istehsal edib. Bu, 2015-ci ilin göstəricisindən 0,8 faiz çoxdur.
Bu barədə Trend Dövlət Statistika Komitəsinin hesabatına istinadən məlumat verir.
Hesabat dövründə istehsal olunan elektrik enerjisinin ümumi həcmindən 22,05 milyard kilovatt/saatı əmtəə elektrik enerjisinin payına düşüb. Bu 2015-ci ildəki göstəricidən 1,1 faiz çoxdur.
2016-cı ildə istehsal olunan əmtəə elektrik enerjisinin ümumi həcmindən 20,06 milyard kilovatt/saatı istilik elektrik stansiyalarının payına düşüb. Bu 2015-ci ildəki göstəricidən 1 faiz azdır.
Ötən il su elektrik stansiyalarında 1,91 milyard kilovatt/saat elektrik enerjisi istehsal olunub. Bu da bir il əvvəlki göstəricidən 24,1 faiz çoxdur.
2016-cı ildə Azərbaycanda külək enerjisi generasiyası gücləri tərəfindən 17,8 milyon kilovatt/saat, günəş enerjisi generasiyası gücləri tərəfindən 66 milyon kilovatt/saat elektrik enerjisi istehsal olunub.