...

Valeh Ələsgərov: “Cənub Qaz Dəhlizi” Azərbaycan-Avropa əlaqələrini möhkəmləndirəcək

Energetika Materials 23 Fevral 2017 18:05 (UTC +04:00)
“Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycanla Avropa arasındakı əlaqələri əhəmiyyətli dərəcədə möhkəmləndirəcək.
Valeh Ələsgərov: “Cənub Qaz Dəhlizi” Azərbaycan-Avropa əlaqələrini möhkəmləndirəcək

Trend-i buradan izləyin

Bakı. Ənvər Məmmədov - Trend:

“Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycanla Avropa arasındakı əlaqələri əhəmiyyətli dərəcədə möhkəmləndirəcək.

Bunu Trend-ə Milli Məclisin sədr müavini Valeh Ələsgərov deyib.

Vitse-spiker bu layihənin çox vacib olduğunu deyib: “Bu layihə Avropa üçün yeni qaz mənbəyidir və həm Azərbaycan, həm də digər Xəzəryanı ölkələrin qazı üçün yeni yoldur. Təbii ki, bu layihə Azərbaycanın Avropa ölkələri ilə həm iqtisadi, həm də siyasi əlaqələrini möhkəmləndirəcək”.

V.Ələsgərov vurğulayıb ki, layihə Azərbaycanın tranzit ölkə qismində əhəmiyyətini də artıracaq:

“Bu layihə Azərbaycan qazının Avropaya nəqli ilə yanaşı, Azərbaycanın Türkmənistan və İran qazının nəqli üçün tranzit ölkə olmasına imkan verəcək. Bu da Azərbaycanın dünyada iqtisadi və siyasi çəkisini daha da artıracaq”.

Qeyd edək ki, bu gün Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısı keçirilib. Tədbirdə "Cənub Qaz Dəhlizi"nin iştirakçısı olan ölkələrin energetika nazirləri və müxtəlif qurumların təmsilçiləri, o cümlədən Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, Məşvərət Şurasının həmsədri Maroş Şevçoviç iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti