Bakı. Maksim Tsurkov - Trend:
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda yeni susoyuducu qurğunu istifadəyə verib.
Trend-in məlumatına görə, qurğunun işə salınma mərasimində SOCAR prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyi iştirak edib.
Layihəsi Fransanın “Hamon Thermal Europe” şirkəti tərəfindən hazırlanmış qurğunun tikintisi 2015-ci ildə başlayıb. Qurğunun istehsal gücü sutkada 7 min kubmetr təşkil edir.
Qeyd edək ki, hazırda Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun modernləşdirilməsi prosesi aparılır. Bu proses 2020-ci ilədək davam edəcək.