...

3 rayonda qaz olmayacaq

Energetika Materials 11 İyul 2017 16:31 (UTC +04:00)
“Qaz İxrac” İdarəsinin magistral qaz kəmərləri sahələrində carı təmir işləri aparılacaq.
3 rayonda qaz olmayacaq

Bakı. Trend:

“Qaz İxrac” İdarəsinin magistral qaz kəmərləri sahələrində carı təmir işləri aparılacaq.

"Azəriqaz" İB-dən Trend-ə verilən məlumata görə, iyulun 10-dan 12-dək diametri 1020 mm-lik “Qazıməmməd-Qazax” magistral qaz kəmərinin 323 və 340-cı kilometrlərində təmir işlərinin aparılması ilə əlaqədar Tovuz, Şəmkir və Gədəbəy rayonlarının bir hissəsinə təbii qazın verilişində məhdudiyyət yaranacaq.

“Azəriqaz” İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət olunmasını xahiş edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti