...

TAP-ın tikintisi ilə bağlı XƏBƏR var

Energetika Materials 7 Sentyabr 2017 21:21 (UTC +04:00)
Azərbaycan qazının Avropaya tədarükünü nəzərdə tutan Transadriatik boru kəmərinin (TAP) tikintisinin 50 faizdən çoxu hazırdır
TAP-ın tikintisi ilə bağlı XƏBƏR var

Bakı. Ləman Zeynalova, Maksim Tsurkov - Trend:

Azərbaycan qazının Avropaya tədarükünü nəzərdə tutan Transadriatik boru kəmərinin (TAP) tikintisinin 50 faizdən çoxu hazırdır.

Trend-in məlumatına görə, bu barədə TAP konsorsiumunun məlumatında deyilir.

Qeyd olunur ki, TAP-ın tikintisi üçün 5500-dən çox adam cəlb olunub.

TAP-ın icraçı direktoru Luka Skyeppatinin sözlərinə görə, layihənin reallaşdırılması təsdiq olunan qrafikə və büdcəyə uyğun olaraq davam edir.

Qeyd edək ki, dəyəri 4,5 milyard avro olan TAP boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizinin dibi ilə gedərək İtaliyanın cənubuna çatdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti