...

“Neft Daşları”nda yeni quyu istismara verilib

Energetika Materials 19 Oktyabr 2017 16:46 (UTC +04:00)

Bakı. Trend:

“Neft Daşları” yatağındakı 1637A saylı estakadayanı meydançadan 2649 nömrəli quyu qazmadan sonra istismara verilib.

SOCAR-dan Trend-ə verilən məlumata görə, məhsuldar qat çöküntülərinin Qirməki Altı Lay Dəstəsindən qazlif üsulu ilə məhsul verən quyu hazırda 1543-1540 metr intervaldan sutkalıq 10 ton neft hasilatı ilə istismar olunur.

Quyu “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti